Yəməndə hava zərbələri nəticəsində 5 nəfər ölüb

Yəməndə hava zərbələri nəticəsində 5 nəfər ölüb
# 04 aprel 2015 19:54 (UTC +04:00)

Bakı-APA. Aprelin 4-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə azı 5 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 3 nəfər xəsarət alıb.

Hava zərbəsinin paytaxt Səna yaxınlığında yerləşən silah-sursat anbarının ərazisinə endirildiyi bildirilir. Aviazərbələr nəticəsində bir neçə ev tamamilə dağılıb.

Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR