Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi başa çatıb

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi başa çatıb
# 15 iyul 2014 08:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi sona çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazılı imtahanda müvəffəqiyyət qazanan namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosesutor.gov.az) və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin bu mərhələsində uğur əldə etmiş 73 namizəd Qaydaların 7.5-ci bəndinə əsasən Azərbaysan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 16 iyul 2014-cü il tarixdən tibbi müayinədən keçib sağlamlığı barədə müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq və növbəlilik qaydasında müsahibəyə dəvət ediləcək.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinəyə və müsahibəyə gəldikdə, şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Əlavə məlumatı 437-28-56, 492-62-23 və 492-39-95 nömrəli telefonlarla almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR