Elşad İskəndərov: “Din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükədir”

Elşad İskəndərov: “Din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükədir”
# 18 mart 2013 08:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, radikallar hətta özlərini qurban verməkdən, nə özlərinin, nə ətrafdakı insanların həyatlarına qəsd etməkdən çəkinmirlər: “Statistika göstərir ki, ideoloji yanaşma suallar doğurur, terror qruplaşmalarının əksəriyyəti öz addımlarını dini baxımından əsaslandırsa da, əslində dini zəmində törədilən terror aktları azlıq təşkil edir. Məsələ göründüyü kimi sadə deyil, hər şeyi dini motivlərlə əlaqələndirmək yanlış nəticələr doğurar. Digər tərəfdən etiraf etmək lazımdır ki, din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükə daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR