“Sonuncu” qısametrajlı bədii filmi beynəlxalq festivalda iştirak edib

 “Sonuncu” qısametrajlı bədii filmi beynəlxalq festivalda iştirak edib
# 29 avqust 2014 16:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Sonuncu” qısametrajlı bədii filmi Rusiyanın Kalininqrad şəhərində keçirilən “Koroçe” (“Qısa”) kinofestivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, qısametrajlı filmlərin nümayiş olunduğu festivalın proqramında Rusiya, Yunanıstan, Böyük Britaniya, İran, Hindistan, İspaniya, ABŞ, Kanada, Moldova, İspaniya, Niderland və s. ölkələrdən ekran əsərləri yer alıb.

Film II Dünya müharibəsi veteranının həyatından bəhs edir. Quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, operatoru Denis Madışev, rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

“Sonuncu” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətinin birgə istehsalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR