DİN Tovuzda bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

DİN Tovuzda bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 11 iyul 2015 11:16 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da saat 09 radələrində Tovuz rayonunun Qovlar şəhərində Füzuli rayon sakini Nadir Məmmədovun idarə etdiyi “Mercedes” avtomobil və Sumqayıt şəhər sakini Mehdi Hacıyevin idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub. Nəticədə N.Məmmədov və sərnişinləri - arvadı Nərmin, oğlu Aslan və qızı Əsma hadisə yerində ölüb, avtobusun 8 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR