Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 İyun
# 26 iyun 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Yaxıb illərdə dünyanın siyasi mənzərəsini hegemon güclər arasında çəkişmələr müəyyənləşdirəcək. Çəkişmələr dünyanın siyasi cəhətdən neçə qütblü olması aydınlaşana qədər davam edəcək. Bu o deməkdir ki, onilliklər ərzində dünyada sülhün bərqərar olması ehtimalı sıfıra bərabərdir. ABŞ-ın Avropa İttifaqını Rusiyaya qarşı qoyması Vaşinqton liderliyində təkqütblü dünyanın qurulması kimi strateji planın tərkib hissəsidir. Rusiyanın Çin və Hindistanla əlaqələri genişləndirməsi, BRİCS ölkələrini hərbi, iqtisadi, siyasi alyansa çevirmək cəhdləri isə çoxqütblü dünya planının həyata keçirilməsidir. Oyunda iştirakçıların sayının çoxdur, qaydaları isə təkcə supergüclər deyil, böyük güclər də müəyyənləşdirir. Regional gücləri də buraya əlavə etsək gizli-açıq çəkişmələrin dünyanı haraya apardığını təxmin etmək olar. Dünya təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı strateji planda təxmin yürütmək çətindir, taktiki planda isə gözlənilər çox və ürəkaçan deyil. Yaxın on illiklər ərzində dünyada siyasi və iqtisadi böhran daha da dərinləşəcək, münaqişələrin sayı və miqyası artacaq. Dünya, qüvvələr balansının hər dəqiqə bu və ya digər tərəfinə lehinə dəyişə biləcəyi bir prosesin içərisindədir. Bu prosesdən uğurla çıxmaq üçün atılacaq addımlarda hər incə detal nəzərə alınmalıdır. Ölkələrin, özəlliklə Cənubi Qafqazda yerləşən dövlətlərin xarici siyasi fəaliyyətini düzgün anlamaq üçün bu amillərə diqqət yetirmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR