SOCAR dizel yanacağının ixracını azaldıb

SOCAR dizel yanacağının ixracını azaldıb
# 02 noyabr 2015 14:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 74 min 317 ton dizel yanacağı ixrac edib.

APA-Economics”ə istinadən verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 34,29% azdır.

Ötən ay SOCAR tərəfindən 23 min 166 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,03% azdır.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində 781 min 599 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,38% azdır. Bu ilin 10 ayında 201 min 360 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 26,76% çoxdur.

10 ay ərzində SOCAR tərəfindən 280 ton soba mazutu ixrac edilib ki, bu da bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,85% azdır.

Qeyd edək ki, bu ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 485,31 dollar, təyyarə yanacağının - 454,88 dollar, dizel yanacağının - 433,11 dollar, 1% kükürdlü mazutun qiyməti 231,63 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR