Bank Of Baku

Sabah Bakıda 31, rayonlarda 36 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 36 dərəcə isti olacaq
# 19 iyun 2018 12:16 (UTC +04:00)

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, sabah şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə  18-21° isti, gündüz  27-32° isti, Bakıda  gecə 19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.  Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda  gecə  9-13° isti, gündüz  18-23° isti təşkil edəcək.

 

 

Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

 

Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək.  Dəniz suyunun temperaturu isə   22-23° isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR