Bank Of Baku

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması xidməti tam rəqəmsallaşdırılıb

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması xidməti tam rəqəmsallaşdırılıb
# 28 iyul 2026 17:14 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2026-cı il tarixli müvafiq Fərmanı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması prosesinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan qanunvericlik aktları təsdiq edilib.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən DMX tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması xidməti fiziki müraciət imkanı saxlanılmaqla tam rəqəmsallaşdırılıb,həmin xidmətin nəticəsi olaraq şəxslərə təqdim olunan Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarın kağız daşıyıcıda olan nümunəsi ləğv edilib.

Bildirilib ki, artıq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qərar elektron sənəd şəklində tərtib ediləcək və dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi məqsədilə həmin sistemə ötürüləcək.

"Eyni zamanda qərar müraciət müəllifinin təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, yeni dəyişikliklərlə bu günədək kağız daşıyıcılarda verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarların onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlaması, bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunaraq, dövlət rüsumunun ödənilməsi tələb edilmədən müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulub.

Qəbul edilmiş yeniliklər həyat hadisəsi əsaslı miqrasiya xidmətlərinin daha çevik, əlçatan və vətəndaşyönümlü təşkili ilə yanaşı, inzibati prosedurların sadələşdirilərək səmərəliliyinin artırılmasını hədəfləyir",- məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR