Bank Of Baku

Zaqatalada avtoxuliqana 40 günlük həbs cəzası verilib

Zaqatalada avtoxuliqana 40 günlük həbs cəzası verilib
# 23 iyun 2018 07:52 (UTC +04:00)

Zaqatalada avtoxuliqan saxlanılıb, ona 40 günlük həbs cəzası verilib.

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla”   əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib.

 

Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu  saxlamaq mümkün olub. Sürücünün  Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 günlük həbs cəzası verilib.

 

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR