AB “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyətinin inkişafına 23,3 milyon avro ayıracaq

 AB “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyətinin inkişafına 23,3 milyon avro ayıracaq
# 30 noyabr 2012 16:16 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyi (AB) 2012-2013-cü illərdə Avropa Qonşuluq Siyasəti ölkələrində vətəndaş cəmiyyəti fonduna 45,3 milyon avro həcmində əlavə vəsait ayıracaq. APA-nın məlumatına görə, bu qərar bu gün Avropa Komissiyası tərəfindən təsdiqlənib.

Bu vəsaitin 23,3 milyon avrosu “Şərq Tərəfdaşlığı” ölkələri - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus üçün nəzərdə tutulur.

Avropa Qonşuluq Siyasəti ölkələrində vətəndaş cəmiyyəti fondu Avropa Komissiyası tərəfindən 2011-ci ildə yaradılıb. Fondun məqsədi bu regionda vətəndaş cəmiyyəti təşkilatlarının potensialını möhkəmləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR