Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib
# 24 iyun 2015 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçalada Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının və sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər olub.

Salyan rayonunun “Mahirlər” ansamblı və “Cəngi” kollektivinin xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı, Biləsuvar rayon Mədəniyyət mərkəzinin əyani vəsaitlərlə təmin edilməsi, Hacıqabul rayon Mədəniyyət mərkəzindəki həvəskar kukla teatrına inventarların verilməsi barədə xahişlər edilib. Görüşdə işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR