Niderlandda 28 May - Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib

Niderlandda 28 May - Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib
# 30 may 2015 13:03 (UTC +04:00)

Bakı - APA. 28 May - Respublika Günü münasibəti ilə Azərbaycanın Niderland Krallığındakı səfirliyində təntənəli qəbul keçirilib.


Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Niderland parlamenti Senatının, və Nümayəndələr palatasının üzvləri, xarici işlər, ədliyyə və təhlükəsizlik, infrastruktur və ətraf mühit nazirliklərinin, eləcə də digər dövlət qurumlarının, Haaqa şəhər meriyasının, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların rəhbərləri, ölkənin aparıcı biznes və elmi dairələrinin, yerli ictimaiyyətin təmsilçiləri, jurnalistlər, Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, Benilüks Azərbaycanlıları Konqres və, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak ediblər.


Qəbul zamanı qonaqlara Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli musiqi səsləndirilib. Tədbirin sonunda geniş ziyafət verilib, qonaqlara milli mətbəxin təamları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR