Tanzaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Tanzaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər ölüb, 40 nəfər xəsarət alıb
# 04 iyul 2016 22:22 (UTC +04:00)

Bakı-APA. Tanzaniyada dəhşətli yol qəzası baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin mərkəzi bölgəsində qarşı-qarşıya gələn iki sərnişin avtobusu toqquşub.

Hadisə nəticəsində 30 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusların hər birində 60 nəfərin olduğu bildirilir. Xəsarət alanların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.

Qəzanın başvermə səbəbləri bəlli deyil. Polis faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR