Bank Of Baku

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
# 23 iyun 2018 10:05 (UTC +04:00)

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

 

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov tutulub.

 

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR