Əli Abbasov: «Kibercinayətkarlığın qarşısını almaq üçün birgə mübarizəyə ehtiyac var»

Əli Abbasov: «Kibercinayətkarlığın qarşısını almaq üçün birgə mübarizəyə ehtiyac var»
# 06 noyabr 2012 11:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan VII İnternet İdarəçilik Forumunda (Internet Governance Forum, IGF-2012) çıxışı zamanı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir Azərbaycanın İKT sektorunun sürətli inkişafından danışıb və qeyd edib ki, ölkə hökuməti tərəfindən bu sahəyə böyük diqqət yetirilir: «Hazırda bütün ölkə ərazisində 3G xidmətindən istifadə olunur və artıq 4G xidmətinin də tədricən tətbiqinə başlanılıb».

İKT sahəsində özəl sektorun rolunu xüsusi vurğulayan Ə.Abbasov həmçinin Azərbaycanda bu sahədə həyata keçirilən layihələrdən danışıb, bu layihələrin, o cümlədən forumun ölkənin və regionun inkişafına təkan verəcəyini bildirib.

Ə.Abbasov onu da bildirib ki, hazırda Azərbaycan əhalisi sosial şəbəkələrdən geniş istifadə edir və bu fəaliyyət heç bir qurum tərəfindən nəzarət olunmur: «Son illər ölkədə online TV, qəzetlər və saytlar inkişaf edir və bunların fəaliyyətinə heç bir müdaxilə və təzyiq olunmur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR