Azərbaycan və Özbəkistan prezidentləri Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzində olublar-FOTO

Azərbaycan və Özbəkistan prezidentləri Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzində olublar-<font color=red>FOTO</font>
# 12 oktyabr 2012 20:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan prezidenti İslam Kərimov Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzində olublar.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzi barədə Özbəkistan dövlət başçısına məlumat verib.


Qeyd edək ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz ümummilli lider Heydər Əliyevin doğum günündə- mayın 10-da açılıb. Mərkəz 16 hektar ərazidə yerləşir. Memar Zaha Hadidin layihəsi əsasında tikilib və artıq .

Beynəlxalq səviyyədə nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib.

Ümummilli lider Heydər Əliyevin irsini araşdıracaq və təbliğ edəcək Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq səviyyəli konfranslar, iclaslar, mədəniyyət və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəzin açılışından sonra burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbir keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR