AŞPA komitəsi “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişiklikləri qəbul edib

AŞPA komitəsi “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişiklikləri qəbul edib
# 03 oktyabr 2012 15:13 (UTC +04:00)
Bakı-APA. Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin təqdim etdiyi məruzənin 3-cü bəndinin silinməsi ilə nəticələnib: “Həmin bəndin əvəzlənməsində göstərildi ki, siyasi məhbus anlayışının istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir. Bu, o deməkdir ki, məruzəçi cənab Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişikliklərlə, nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrildi. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və təsdiqlənmək üçün AŞPA-nın plenar sessiyasına göndərildi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR