“Azərsu”nun Azərbaycan Tibb Universitetinə qarşı şikayəti təmin olunmayıb

“Azərsu”nun Azərbaycan Tibb Universitetinə qarşı şikayəti təmin olunmayıb
# 17 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərusu” ASC-nin Azərbaycan Tibb Universitetinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Azərsu” ASC pul tələbi barədə iddia ilə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR