İranda son 1 ay ərzində 50 nəfər edam edilib
25 oktyabr 2012 21:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Kərəc şəhərində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, Məhəmməd Dəstmuzd və Sadiq Kuhi bir neçə il öncə adam öldürməkdə təqsirləndirilib və Tehran məhkəməsinin 71-ci şöbəsinin qərarı ilə ölüm hökmünə məhkum ediliblər. Digər 21 yaşlı məhbus isə 3 yeniyetmə oğlana təcavüz etməkdə günahlandırılıb. Yerli məhkəmənin çıxardığı ölüm hökmləri İran Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra Kərəcin Rəcaişəhr həbsxanasında icra edilib.
Qeyd edək ki, İranın İnsan Haqları Fəlları Agentliyinin yaydığı məlumata görə, bu ölkədə son 1 ay ərzində 50 nəfər edam edilib. İran qanunlarına görə, adam qətlə yetirməyin və təcavüzün cəzası ölüm hökmüdür.

Asiya
İranda qaz kəmərində partlayış baş verib, ölənlər var
14:04
25 may 2024
İtaliya BMT-nin fələstinli qaçqınlarla bağlı agentliyinə maliyyə yardımını bərpa edir
12:25
25 may 2024
Türkiyə “Akkuyu” AES-in ilk enerji blokunu bir il ərzində işə salmaq niyyətindədir
01:58
25 may 2024
MİT İraqda 2 PKK üzvünü zərərsizləşdirib
16:10
24 may 2024