Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələnən yol qəzaları olub

Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələnən yol qəzaları olub
# 03 oktyabr 2012 11:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunda baş verən hadisə oktyabrın 2-də saat 12.00 radələrində qeydə alınıb. Rayonun Göytəpə şəhər sakini, Taleh Şirinov idarə etdiyi “QAZ-53” markalı yük maşını ilə yolu keçmək istəyən piyada, Bakı şəhər sakini Azər Səfərovu vurub. A.Səfərov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Digər yol qəza hadisəsi isə Masallıda gecə saat 23.00 radələrində qeydə alınıb. Rayonun İsgəndərli kənd sakini Fərid Rəhmanov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçmək istəyən piyada, Masallı sakini Röyalə Səfərlini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə R.Səfərli hadisə yerində dünyasını dəyişib.
Hər iki faktla bağlı müvafiq araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR