Lənkəran polisi bir neçə oğurluq faktının üstünü açıb - VİDEO

Lənkəran polisi bir neçə oğurluq faktının üstünü açıb - <span style="color: red;">VİDEO
# 23 fevral 2014 12:52 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, məlum olub ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 21 yaşlı Nurlan Cəsarət oğlu İbrahimli gecə saatlarında həmkəndlisi Mirvari Əbdüləzim qızı İbadovaya məxsus evin birinci mərtəbəsinin açıq qalmış nəfəsliyindən əlini içəriyə salmaqla pəncərəni açıb və evə daxil olub.

Sonra isə evin ikinci mərtəbəsindəki qapını açaraq qonaq otağına daxil olmaqla oradan 800 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 220 manat dəyərində 1 ədəd peyk antenasının mühərrikini və 60 manat dəyərində 1 ədəd DVD maqnitofonu oğurlayaraq, ev sahibinə 1230 manat məbləğində maddi ziyan vurub.

N. İbrahimli digər həmkəndlisi Elşad Cahangir oğlu İbrahimovun da evini qarət edib. Evə gizli yolla daxil olan N. İbrahimli 800 manat dəyərində 1 ədəd “DELL” markalı kompüter, 220 manat dəyərində 1 ədəd peyk antenasının mühərriki, 60 manat dəyərində 1 ədəd peyk antenasının mühərriki, 60 manat dəyərində 1 ədəd internet modem aparatı, 900 manat dəyərində 1 ədəd “Sony” markalı televizor, 100 manat dəyərində 1 ədəd DVD maqnitofonu, 80 manat dəyərində 1 ədəd “Canon” markalı rəqəmsal foto aparatı və 800 manat dəyərində 1 ədəd “Sony” markalı video kamera oğurlayaraq, ev sahibinə ümumilikdə 3020 manat məbləğində maddi ziyan vurub.

Keçirilmiş tədbir nəticəsində N. İbrahimli yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Lənkəranda daha bir oğurluq faktının üstü açılıb. Lənkəran ŞRPŞ müstəntiqi, polis baş leytenantı Pərviz Əsədzadə APA-nın cənub bürosuna bildirib ki, Lənkəran şəhəri, Şah İsmayıl Xətai küçəsi, 7 ünvanında yaşayan Gülverdi Atakişi oğlu Qasımov ərizə ilə polis şöbəsinə müraciət edərək ona məxsus olan fərdi yaşayış evindən 1 ədəd kompüter, 2 ədəd gümüş üzük, 1 ədəd boyunbağı, 1 ədəd internet modem aparatı və 1000 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis şöbəsinin əməkdaşları oğurluq faktının üstünü isti izlərlə açmağa müvəffəq olublar.

Müəyyən edilib ki, G. Qasımovun evini qarət edən Lənkəran şəhər sakini, 21 yaşlı Azər Mahir oğlu Canızadədir. M. Canızadə evində saxladığı maddi sübutla yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR