Kiyevdə onlarla əsgər müxalifət tərəfinə keçib, deputatlar Ali Radadan təxliyyə olunur - VİDEO

Kiyevdə onlarla əsgər müxalifət tərəfinə keçib, deputatlar Ali Radadan təxliyyə olunur - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 09:31 (UTC +04:00)

Bakı – APA. Kiyevdə daxili qoşunların onlarla əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub.

APA-nın yerli mətbuata görə, onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər.

Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunur. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları binanı tərk edirlər.

Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir.

“Senzor.net” saytı isə snayper tərəfindən etirazçılara atəş açdığı barədə xəbər yayıb. Xəbərə görə, “Kozatski” oteli yaxınlığında 5 meyit var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR