Rusiya Ermənistandakı MiQ-29 döyüş təyyarələrinin sayını artırır

Rusiya Ermənistandakı MiQ-29 döyüş təyyarələrinin sayını artırır
# 04 mart 2014 13:33 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik İqor Qorbul jurnalistlərə açıqlamasında deyib.

İ. Qorbulun sözlərinə görə, əsaslı təmir olunan yenilənmiş MiQ-29 təyyarələrinin bir hissəsi Ermənistandakı «Erebuni» aviabazasına göndərilib. Bununla belə o, Ermənistana göndərilən təyyarələrin sayı barədə məlumat verməyib.

Qeyd edək ki, indiyədək Rusiyanın Ermənistandakı 102-ci hərbi bazanın ixtiyarında 18 ədəd MiQ-29 təyyarəsi olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR