Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb
# 07 mart 2014 13:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 127,3 mln. manat və ya 25,1% artaraq 2014-cü il fevralın 1-nə 20 546,35 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar ayı ərzində aktivlərin həcmi 161,25 mln. manat və ya 0,8% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 14 210,5 mln. manat və ya ümumi aktivlərin 69,2%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 704,6 mln. manat həcmində olan investisiyalar, 1 072,4 mln. manat həcmində olan müxbir hesabları, 896,5 mln. həcmində nağd vəsaitlər, 890,7 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 771,6 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 9 158,9 mln. manat depozitlər, 6 833,1 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 113,6 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 440,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR