Donetskdə baş verən toqquşmada 2 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Donetskdə baş verən toqquşmada 2 nəfər ölüb, 50 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 mart 2014 23:05 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə “Avromaydan”ın Feysbukdakı səhifəsində bildirilir.

“İki nəfərin ölümü təsdiqlənib. Daha bir nəfərin ölü və diri olması məlum deyil. Bir nəfərin isə vəziyyəti ağırdır, onun üzərində əməliyyat aparılır. Daha 2 nəfərin vəziyyəti kritikdir. Xəsarət alanların sayı 50-dən çoxdur”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, “avromaydan” tərəfdarları ilə rusiyapərəst fəallar arasında baş vermiş toqquşmalarda ölənlərdən birinin “Azadlıq” hərəkatının Donetsk təşkilatının fəalı Dmitri Çernyavski olduğu müəyyənləşdirilib.

**** 22.45

Bakı-APA. Ukraynanın Donetsk şəhərində “avromaydan” tərəfdarları ilə rusiyapərəst fəallar arasında kütləvi dava olub, xəsarət alanlar var. APA-nın “Novosti Donbassa” saytına istinadən verdiyi xəbərə görə, qarşıdurmada 400-dək insan iştirak edir.

Məlumata görə, qarşıdurmanın başlanmasına rusiyapərəst fəallar səbəb olub.

Hadisə yerinə cəlb olunmuş həkimlər ilk xəsarət alanlara tibbi yardım göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR