AMEA “Elm haqqında” qanunun qəbulu ilə bağlı Milli Məclis qarşısında vəsatət qaldıracaq

AMEA “Elm haqqında” qanunun qəbulu ilə bağlı Milli Məclis qarşısında vəsatət qaldıracaq
# 18 aprel 2014 13:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barəsində Milli Məclis qarşısında vəsatət qaldıracaq.

APA-nın xəbərinə görə, bu, AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağında qəbul olunan qərarda öz əksini tapıb.

Qərara əsasən, AMEA Rəyasət Heyətinə tapşırılıb ki, ümumi yığıncaqda irəli sürülən təklif və tövsiyələr fəaliyyət zamanı nəzərə alsın, AMEA-nın 2020-ci ilədək İnkişaf Konsepsiyası işlənib hazırlansın və onun icrasına nəzarət edilsin. Konsepsiyada elmin prioritet istiqamətləri müəyyənləşdirilsin. Bundan əlavə, elmi proqramların müsabiqə əsasında maliyyələşdirilməsinin təmin edilməsi, iki və daha artıq elmi sahədə aparılan tədqiqatlara həsr olunmuş proqramlara üstünlük verilməsi, AMEA-nın fəaliyyətini tənzimləyən bir sıra zəruri və vacib sənədlərin dəqiqləşdirilərək yenidən hazırlanması və müəyyən olunmuş qaydada təsdiq edilməsi qərara alınıb: “Həmçinin gənc alimlərin akademiyaya cəlb olunması siyasətinin əsas prinsipləri işlənib hazırlansın, elmi fəaliyyətdə İKT-nin tətbiqi daha da genişlənsin, 2014-cü ilin sentyabrında Bakı Elm Forumunun, dekabr ayında isə Azərbaycan Alimlərinin I Qurultayının keçirilməsi ilə əlaqədar təşkilati tədbirlər həyata keçirilsin, prezidentin AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrasının yüksək səviyyədə həyata keçirilməsi təmin edilsin. Azərbaycanda keçirilən fənn olimpiadalarında və ixtisaslaşmış məktəblərin qurulmasında alimlərin geniş iştirakı təmin edilməsi, elm və təhsilin inteqrasiyası daha da gücləndirilməsi, AMEA-nın institutlarında və elmi mərkəzlərində baza kafedraları inkişaf etdirilməsi və genişləndirilməsi, 2014-cü ilin sənaye ili elan edilməsi ilə əlaqədar akademiyanın innovasiya fəaliyyətinə diqqət artırılsın və bu sahədə kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, AMEA-nın beynəlxalq elmi əlaqələrinin gücləndirilməsi sahəsində işlərin davam etdirilməsi, müştərək laboratoriyaların təşkilinə nail olunması, Azərbaycanın elmi diasporunun imkanlarından istifadə etməklə alimlərin beynəlxalq meqa layihələrdə iştirakına nail olunması, AMEA-nın elmi müəssisələrinin maddi texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, AMEA-nın nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün xüsusi proqram hazırlanması, Elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın bütün elmi müəssisələrində və ali məktəblərində aparılan elmi tədqiqat işlərinin müasir prinsiplər əsasında idarə etmək məqsədilə respublika və elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının statusunun müəyyənləşdirilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması tapşırılıb. AMEA-nın elmi bölmə və müəssisələrinə tapşırılıb ki, elmi populyar ədəbiyyatın kütləvi nəşrinə və yayılmasına diqqət artırılsın.

Ümumi yığıncaqda qəbul olunan qərarın icrasına nəzarət AMEA-nın prezidenti Akif Əlizadəyə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR