Ötən il Azərbaycanda 192 cinayətkar qrup zərərsizləşdirilib - VİDEO

Ötən il Azərbaycanda 192 cinayətkar qrup zərərsizləşdirilib - <span style="color: red;">VİDEO
# 05 mart 2014 09:07 (UTC +04:00)

APA-nın məlumatına görə bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində və “102” xidməti vasitəsilə 896, o cümlədən 97 qəsdən adam öldürmə və 25 ona cəhd, 127 qəsdəm sağlamlığa ağır zərər vurma, 65 quldurluq, 97 soyğunçuluq, 387 oğurluq, 98 nəqliyyat vasitəsinin qaçırılması cinayətləri “isti izlərlə” açılıb. Keçirilmiş illərdən bağlı qalan 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin üstü açılıb.

Ağır və xüsusilə ağır cinayətlər törədən 592 nəfəri birləşdirən 192 qrup və 71 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib, bu növ cinayətlərə görə axtarışda 402 təqsirləndirilən şəxs tutulub. Müxtəlif cinayətlərə görə respublika üzrə 12361 nəfər, ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR