Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihənin təqdimatı olacaq

Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihənin təqdimatı olacaq
# 07 mart 2014 16:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihə çərçivəsində hazırlanmış ilk kitabın təqdimat mərasimində iştirak etmək üçün martın 11-də Moskvaya yola düşəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, STMEGİ xeyriyyə fondunun prezidenti German Zaxaryayevin “Azərbaycanda etnomədəni müxtəliflik” adlı kitabının təqdimat mərasimi Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçiriləcək.

Tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Konqresi, STMEGİ xeyriyyə fondu və Rusiya Elmlər Akademiyasıdır. Deputat Mixail Zabelin tədbirdə Azərbaycandakı tolerantlıqdan, ölkəmizdə azsaylı xalqlara göstərilən qayğıdan danışacaq.

Səfər martın 13-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR