ABŞ Baltik regionuna əlavə hərbi təyyarələr göndərir

ABŞ Baltik regionuna əlavə hərbi təyyarələr göndərir
# 06 mart 2014 06:53 (UTC +04:00)

Bakı - APA. Ukraynadakı münaqişə fonunda ABŞ Müdafiə Nazirliyi Baltikyanı bölgədə öz hərbi təyyarələrinin sayını artırmağa qərar verib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqondan bildirilib.

Mənbə deyib ki, ABŞ Baltik regionuna 6 ədəd “F-16 Eagle” qırıcı təyyarəsi və 1 ədəd “KC-135” yanacaq dolduran təyyarə göndərəcək. Bundan başqa, Litva, Latviya və Estoniya üzərindəki hava məkanının pozulmasına qarşı tanınma və cavab xarakterli proqram çərçivəsində ABŞ bu bölgəyə 4 ədəd “F-15” hərbi təyyarəsi göndərəcək.

Pentaqon Polşa Müdafiə Nazirliyi ilə də məsləhətləşmələr aparır. Hazırda bu ölkədə 10 ədəd ABŞ hərbi təyyarəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR