Rusiyada baş verən yol qəzasında 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Rusiyada baş verən yol qəzasında 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 15 fevral 2014 11:01 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qəza baş verən zaman mikroavtobusda neçə nəfərin olduğu məlum deyil. Xəsarət alanlar arasında yük avtomobilinin sürücüsü də var.

Qəza səhər saatlarında Finlandiya sərhədinə yaxın “Skandinaviya” şossesində baş verib.

Polisdən bildirib ki, “Volkswagen” markalı şəxsi mikroavtobus qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edən yük avtomobili ilə toqquşub. Qəza zamanı avtomobil yüksüz olub.

Araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR