Sumqayıtda çörək istehsal edən müəssisədə nöqsanlar aşkar edilib

Sumqayıtda çörək istehsal edən müəssisədə nöqsanlar aşkar edilib
# 22 aprel 2014 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Sumqayıtdakı çörək istehsalı ilə məşğul olan müəssisədə standartın tələblərinin pozulduğunu aşkar edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən Ağəliyev Rasim Qulu oğluna məxsus çörək istehsalı ilə məşğul olan müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlamalar zamanı müəssisədə istehsal olunan “Azərbaycan” çörəyinin uyğunluq sertifikatının olmadığı, çörək istehsalı zamanı hər hansı texnoloji təlimat və resepturadan istifadə edilmədiyi aşkar edilib. Həmçinin müəssisədə sınaqların aparılması üçün sınaq laboratoriyasının və ya hər hansı akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilənin olmadığı, bu səbəbdən də məhsulun dövri sınaqlarının aparılmadığı müəyyən olunub.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı müəssisədə istehsal olunan “Azərbaycan” çörəyinin istehsalının və satışının qadağan edilməsi barədə qərar qəbul edilib, müəssisə rəhbərinə inzibati xəta haqqında protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR