Bank Of Baku

"Düdelanj"ın baş məşqçisi: “Nəticədən narazı, oyundan razıyam”

"Düdelanj"ın baş məşqçisi: “Nəticədən narazı, oyundan razıyam”
# 13 dekabr 2019 00:16 (UTC +04:00)

"Çox təəssüflənirik".

Apasport.az saytının məlumatına görə, bu sözləri "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"ın qonağı olan Lüksemburq təmsilçisi qələbəni son dəqiqələrdə əldən verib - 1:1.

Oyunsonrası mətbuat konfransında Krasson bildirib ki, qələbəyə layiq mübarizə aparıblar: "Qarşılaşmadan razıyıq. Üstünlük bizdə idi. Rəqib meydanında oynamağımızı da unutmayaq. Nəticədən narazı, oyundan razıyam".

- Öz meydanınızda məğlub olduğunuz rəqiblə səfərdə heç-heçəyə niyə narazı qaldınız?
- Fəxr edirik ki, belə güclü rəqiblə oynadıq. Amma son dəqiqədə qələbəni əldən vermək bizi məyus edir. "Qarabağ"ın 10 nəfərdə bərabərlik qolunu vurmasına üzüldük.

- Oyun zamanı köməkçinizlə necə əlaqə saxladınız? 
- Telefon vasitəsilə. Bunu öncədən müəyyənləşdirmişdik. Futbolçularımdan razıyam, hamısı məsuliyyətli oynadı. Onların böyük potensialı var, çıxışımızda irəliləyiş də görünür.

- Sayılmayan qolunuz barədə nə düşünürsünüz? 
- Sadəcə təəssüflənirik. Hər oyunda belə hal yaşana bilər. Təəssüf ki, videorəkrara baxmaq imkanı olmur.

- Oyun əhəmiyyətini itirsə də, razılıq bildirdiniz... 
- Mənası olmasa da, hər oyun bizə yeni macəra, təcrübə qazandırır. Bu, gələcək seçimlərə daha yaxşı təsir edəcək.

- Lüksemburqdakı görüşdə xoşagəlməz hadisə yaşanmışdı. "Qarabağ"ın qonaqpərvərliyindən razı qaldınız? 
- Hamımız çox razıyıq. Burdakı şəraitdən məmnun olduq. Bura bir daha gələrəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR