“Kipr futbolu inkişaf edib. Bu gün Nikosiya APOEL-in Çempionlar Liqası səviyyəsindədir”.
Apasport.az saytının məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertan Krasson deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının V turunun APOEL-lə sabahkı oyunu barədə fikirlərini açıqlayıb. A qrupunda sonuncu pillədə qərarlaşan lüksemburqluların çalışdırıcısı həm bu, həm də 2 həftə sonra Bakıda “Qarabağ”la görüşəcək.
B.Krasson hər iki matça final gözü ilə yanaşdıqlarını bildirib: “APOEL üzərindəki sentyabrda əldə olunan qələbə əsl qəhrəmanlıq idi. Bu bizə özümüzdən danışmağa əsas verirdi. Sonradan isə öz reallığımıza qayıtdıq. Buna baxmayaraq, sabahkı görüşdə mübarizə aparmaq üçün əsaslarımız var. Mən sabah APOEL deyil, “Düdelanj”ın durumunda olmağa üstünlük verərdim. Çünki onların üzərində təzyiq var. Bu qarşılaşma həlledici ola bilər. Amma biz APOEL və “Qarabağ”la iki final oynamaq niyyətindəyik”.
Qeyd edək ki, “Düdelanj” – APOEL matçı noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Düdelanj"ın baş məşqçisi: “Qarabağ”la final oynamaq niyyətindəyik”
27 noyabr 2019 15:14 (UTC +04:00)
Futbol
Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib
01:01
9 may 2024
"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib
00:17
9 may 2024
İtaliyalı hakim Daniele Orsato Çempionlar Liqasının yarımfinal matçından sonra ağlayıb
18:15
8 may 2024
Ziyeş karyerasını "Qalatasaray"da davam etdirəcək
18:11
8 may 2024