Bu gün İtaliya A seriyasında XIII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun son iki görüşü keçirilib.
Dünən baş tutmalı olan, lakin yağış səbəbindən təxirə salınan oyunda “Leççe” “Kalyari”ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Matçın 83-cü dəqiqəsində qalmaqal yaşanıb. Hesabda 2:0 öndə olan qonaqların futbolçusu əllə oyuna görə meydandan qovulub. “Leççe” penaltidən dəqiq istifadə edib. Qoldan sonra topu götürmək istəyən hücumçu Canluka Lapadula ilə qapıçı Robin Olsen arasında münaqişə yaşanıb. Futbolçular kəllə-kəlləyə gəliblər. Hakim bu futbolçuları da meydandan qovub. 19 nəfərlə davam edən görüşdə daha bir qol vuran “Leççe” məğlubiyyətdən qaçıb.
Bu qarşılaşma həm də rəqib azarkeşlər arasında nümunəvi münasibətlərin təcəssümü olub. Oyun təxirə salındığından qalmağa yeri olmayan “Kalyari” azarkeşlərini “Leççe” fanatları qonaq saxlayıblar.
Digər qarşılaşmada isə autsayderlər qrupunda yer alan “Spal”la “Cenoa” üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib. Üç dəqiqə ərzində hərəyə bir qol vuran rəqiblər sülhlə ayrılıblar.
Qeyd edək ki, növbəti tur noyabrın 30-da başlayacaq.
İtaliya A seriyası
XIII tur
25 noyabr
18:00. “Leççe” – “Kalyari” - 2:2
Lapadula, 83 (pen.), Kalderoni, 90 – Pedro, 30 (pen.), Naynqolan, 67
23:45. “Spal” – “Cenoa” – 1:1
Patanya, 55 (pen.) – Sturaro, 57
|
1. |
Yuventus |
13 |
11 |
2 |
0 |
23:10 |
35 |
|
2. |
İnter |
13 |
11 |
1 |
1 |
29:12 |
34 |
|
3. |
Latsio |
13 |
8 |
3 |
2 |
30:14 |
27 |
|
4. |
Kalyari |
13 |
7 |
4 |
2 |
25:14 |
25 |
|
5. |
Roma |
13 |
7 |
4 |
2 |
23:14 |
25 |
|
6. |
Atalanta |
13 |
6 |
4 |
3 |
31:21 |
22 |
|
7. |
Napoli |
13 |
5 |
5 |
3 |
22:16 |
20 |
|
8. |
Parma |
13 |
5 |
3 |
5 |
20:17 |
18 |
|
9. |
Verona |
13 |
5 |
3 |
5 |
11:11 |
18 |
|
10. |
Fiorentina |
13 |
4 |
4 |
5 |
18:20 |
16 |
|
11. |
Torino |
13 |
4 |
2 |
7 |
15:20 |
14 |
|
12. |
Milan |
13 |
4 |
2 |
7 |
12:17 |
14 |
|
13. |
Udineze |
13 |
4 |
2 |
7 |
9:20 |
14 |
|
14. |
Sassuolo |
12 |
4 |
1 |
7 |
22:23 |
13 |
|
15. |
Bolonya |
13 |
3 |
4 |
6 |
18:22 |
13 |
|
16. |
Sampdoriya |
13 |
3 |
3 |
7 |
9:20 |
12 |
|
17. |
Leççe |
12 |
2 |
5 |
5 |
15:23 |
11 |
|
18. |
Cenoa |
13 |
2 |
4 |
7 |
15:27 |
10 |
|
19. |
Spal |
13 |
2 |
3 |
8 |
8:19 |
9 |
|
20. |
Breşia |
12 |
2 |
1 |
9 |
10:23 |
7 |