Bank Of Baku

"Neftçi" Türkiyədə "Lodz"la oynayacaq

"Neftçi" Türkiyədə "Lodz"la oynayacaq
# 30 noyabr 2019 16:12 (UTC +04:00)

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, yanvarın 7-də Bakıda bir araya gələcək Bakı klubunun üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcəklər. 

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək "ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq. "Neftçi” qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-i, 20-si və 24-ü baş tutacaq. İlk rəqib Polşanın "Lodz” klubu olacaq. Digər rəqiblər hələlik dəqiqləşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR