Bank Of Baku

“Qarabağ” UEFA reytinqində “Styaua”nı keçib, “Malmö”dan geri düşüb

“Qarabağ” UEFA reytinqində “Styaua”nı keçib, “Malmö”dan geri düşüb
# 13 dekabr 2019 11:01 (UTC +04:00)

Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 55 ölkəni təmsil edən 421 komanda yer alıb.

Qrup mərhələsinin sonuncu – VI turunun matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” 71-ci pillənin şərikləri arasında qalıb.

“Düdelanj”la 1:1 hesablı heç-heçə Ağdam klubunun aktivinə 1 xal qazandırıb. Nəticədə Qurban Qurbanovun yetirmələrinin hesabı 21,000-a çatıb.

Bu, Rumıniyanın “Styaua” klubunu (20,500) keçmək, Yunanıstan PAOK-una (21,000) çatmaq imkanı verib. Əvəzində bunadək “Qarabağ”a şərik olan “Partizan”la (Serbiya) “Malmö” (İsveç) aktivini 22,000-a çatdıraraq ağdamlıları arxada qoyub.

Digər Azərbaycan klublarına gəlincə, “Qəbələ” 7,500 xalla 144-cü, “Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə”, “Kəpəz” 3,750 xalla 274-cü yerə şərikdir.

Qeyd edək ki, siyahıya İspaniya “Real”ı başçılıq edir – 134,000.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR