Bakının “Sabah” klubunun sabiq futbolçusu Rocer Roxasın yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin qış fasiləsində yollarını ayırdığı honduraslı hücumçu karyerasını Kolumbiyada davam etdirəcək.
R.Roxas bu ölkənin “Deportes Tolima” klubu ilə anlaşıb. Forvard 2020-ci ildən bu komandanın şərəfini qoruyacaq. Kolumbiya təmsilçisi gələn il Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kubokunda da mübarizə aparacaq.
Qeyd edək ki, R.Roxas mövsümün ilk yarışında Premyer Liqada 11 oyun keçirib.