Bank Of Baku

"Sevilya"nın baş məşqçisi: "Yaxşı oynayıb layiqli 3 xal qazandıq"

"Sevilya"nın baş məşqçisi: "Yaxşı oynayıb layiqli 3 xal qazandıq"
# 29 noyabr 2019 03:07 (UTC +04:00)

“Əsas hədəfimizə nail olduq. Qarşımızda oyuna ciddi, turnirə hörmətlə yanaşmaq vəzifəsi durmuşdu. Əlbəttə ki, stadiondakı auditoriya da buna layiq idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının V turunun “Qarabağ”la oyunundakı  2:0 hesablı qələbəyə şərh verib: “Komandamız bunun üçün hər şey etdi. Birinci hissədə “Qarabağ” bizə çətinlik yaratdı. İkinci hissədə isə daha yaxşı oynayıb layiqli 3 xal qazandıq. Düzdür, bu gün meydana çıxanlardan bəziləri cari mövsümdə az oynayanlar idi. Amma biz ən hazırlıqlı futbolçulara şans verdik”.

X.Lopeteqi son turun APOEL-lə görüşünə də toxunub: “Oyuna maksimal ciddiyyətlə yanaşacağıq. Qələbə qazanmaq istəyirik. Bizim düşüncəmiz belədir ki, hər oyunda qalib gəlməyə borcluyuq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR