"Arsenal" ispaniyalı müdafiəçini icarəyə götürüb

"Arsenal" ispaniyalı müdafiəçini icarəyə götürüb
# 30 yanvar 2020 00:05 (UTC +04:00)

İspaniyalı müdafiəçi Pablo Mari yenidən Avropaya qayıdıb.

Apasport.az saytının məlumatına görə, "Flamenqo"nun futbolçusu "Arsenal"la anlaşıb.

Tərəflər arasında anlaşmaya əsasən, 27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında "topçular"ın formasını geyinəcək. London təmsilçisi yayda onu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Pablo Mari ötən mövsüm "Flamenqo"nun heyətində 28 oyunda 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR