Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin V turunda fərqlənən 4 oyunçunun adını açıqlayıb.
Bunlar Brunu Fernandeş (“Sportinq”), Vensan Abubakar (“Portu”), Raul Ximines (“Vulverhempton”) və Daiti Kamadadır ("Ayntraxt").
Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.