Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” (İspaniya) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
APA-nın məlumatına görə, bukmekerlər yarışın rekordçusu olan rəqibi favorti hesab edirlər.
Sevilyada baş tutacaq bugünkü qarşılaşmada şəhərin eyniadlı klubunun qələbəsi 1,44 əmsalla qiymətləndirilib. Ağdam təmsilçisinin qalib gəlməsinə 7,80 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 5,00-dur.
Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.