Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, millimiz Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Komandamız 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu Ağadadaş Salyanski vurub.
Bu komandalar arasında növbəti oyun dekabrın 6-da keçiriləcək.