Bank Of Baku

Azərbaycan millisinin futbolçusu sənəd problemi ilə üzləşib

Azərbaycan millisinin futbolçusu sənəd problemi ilə üzləşib
# 02 fevral 2020 19:11 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, Nuğay Rəşidov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.

Buna futbolçunun sənədindəki problem səbəb olub. "Qəbələ" klubundan toplanışa dəvət olunmuş Rəşidovun pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün komanda ilə birgə səfərə yollana bilməyib. 

Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, oyunçu yeni sənəd almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR