16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan komandaya “Qəbələ”dən dəvət edilən Namiq Şamilov hazırlıq prosesindən kənarlaşdırılıb.
Buna futbolçunun zədələnməsi səbəb olub. Əvəzində Sənan Ağalarov (“Qəbələ”) toplanışa dəvət alıb.