FİFA sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə qarşı iddia qaldırıb.
Apasport.az saytının məlumatına görə, assosiasiya onların 2 milyon İsveçrə frankını qaytarmasını tələb edir.
Z.Blatter bu məbləğdə vəsaiti 2011-ci ildə FİFA-nın hesabından qanunsuz şəkildə M.Platininin hesabına köçürüb.
2015-ci ilin sonunda hər iki rəsmi şəxs Etika Komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Buna məhz 2011-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankının köçürülməsi səbəb olub.