Bank Of Baku

İlin ən yaxşı qapıçısı müəyyənləşib

İlin ən yaxşı qapıçısı müəyyənləşib
# 27 noyabr 2019 11:38 (UTC +04:00)

2019-cu ilin ən yaxşı qapıçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya ölkələrində olan nümayəndələri arasında keçirdiyi səsvermə ilə kişi və qadınlar arasında ən yaxşıları açıqlayıb.

Ən yaxşı kişi qapıçı adına Alisson Bekker yiyələnib. “Liverpul”un braziliyalı qolkiperi 286 xal toplayıb.

“Barselona”nın almaniyalı qapıçısı Andre Ter-Şteqen 104 xalla 2-ci, “Atletiko”nun sloveniyalı əlcək sahibi Yan Oblar 67 xalla 3-cü olub.

Ən yaxşı qadın qapıçı isə bu yay “Arsenal”dan “Atletiko”ya keçən hollandiyalı Sari van Venendal olub. O, 185 xal yığıb. Fransa millisi və “Lion”un qolkiperi Sara Buhaddi 92 xalla 2-ci olub. İlk “üçlüy”ü 82 xal toplayan ABŞ millisinin və “Çikaqo”nun futbolçusu Alissa Maher qapayıb.

Qeyd edək ki, respondentlər 18 kişi və 19 qadın qapıçıya səs veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR