Bank Of Baku

Miçel: “Sevilya” ilə matçda azı bir xal qazanmalıyıq”

Miçel: “Sevilya” ilə matçda azı bir xal qazanmalıyıq”
# 26 noyabr 2019 11:44 (UTC +04:00)

“Sevilya”nı hamı tanıyır. Mənə bu komandaya qarşı “Ramon Sançes Pisxuan” stadionunda oynamaq xoşbəxtliyi nəsib olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Miçel deyib.

İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının V turunun “Sevilya” ilə səfər görüşü barədə fikirlərini bölüşüb: “Bu, çox gözəl stadiondur. Bilirik ki, bizi çətin oyun gözləyir. “Sevilya” çox güclü komandadır və adətən öz meydanında rəqibi bağışlamır. Əgər APOEL “Düdelanj”a qalib gəlsə, biz səfərdə uduzsaq, hər şey bitəcək. Ona görə də ən azı bir xal qazanmalıyıq. “Sevilya” ilə görüşdə nəyəsə nail olaraq, 1/16 final şansımızı saxlaya biləcəyik”.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” oyunu noyabrın 28-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR