Nazim İbrahimov Latviya Seymində görüş keçirib

Nazim İbrahimov Latviya Seymində görüş keçirib
# 02 sentyabr 2016 09:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Latviyada səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu ölkə Seyminin deputatı, sabiq baş nazir Laymdota Strauyuma ilə görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak ediblər.

Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və əməkdaşlıq əlaqələri müzakirə olunub. L.Strauyuma qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu elmi mərkəzdir. O, V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib. N. İbrahimov isə həm Latviyada, həm də bütün Avropada Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR