Qətərdə keçiriləcək klublararası dünya çempionatının Ər-Rayandakı stadionda baş tutmalı olacaq oyunlarının yeri dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, yarımfinal, həmçinin 5-ci, 3-cü yerlər uğrunda matçlar və final başqa arenada keçiriləcək.
Buna səbəb idman qurğusunun yeni inşa olunmasıdır. Düzdür, Ər-Rayandakı arenanın tikintisi tam başa çatıb. Amma stadionun sertifikat alması məsələsi yubanır. Rəsmi açılış mərasimi də 2020-ci ilə təxirə salınıb.
Bu üzdən də burada keçirilməli olan matçlar Dohadakı “Xəlifə” stadionunda təşkil olunacaq. Paytaxtdakı bu arena 45 min 416 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 11-dən 21-dək keçiriləcək.
Qətərdəki dünya çempionatının finalının yeri dəyişdirilib
07 dekabr 2019 15:41 (UTC +04:00)
Futbol
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024
Kurtua Avropa çempionatında iştirak etməyəcək
11:14
2 may 2024